AZ

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçirilib

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının paytaxt üzrə ilkin (şəhər) mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, olimpiada Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sualın cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın yarımfinal turu 24 may tarixində regional üzrə, final mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.

Olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.

Seçilən
0
4
azedu.az

5Mənbələr