2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu beynəlxalq xəbər platformalarından biri olan CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Bu müsahibə onun 22-24 aprel tarixlərində Çinə etdiyi rəsmi dövlət səfəri çərçivəsində baş tutub və Azərbaycan-Çin münasibətlərinin dinamik şəkildə inkişaf etməsinin bariz göstəricisinə çevrilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Zülfüyyə Bayramlı səsləndirib. O deyib ki, Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycan və Çin arasındakı əlaqələrin gələcəyinə dair çoxsaylı imkanları və yeni perspektivləri ortaya qoyur:
"Strateji tərəfdaşlıqdan yaşıl enerji sahəsinə, iqtisadi əməkdaşlıqdan mədəniyyət və təhsil mübadilələrinə qədər bir çox sahədə iki ölkə arasında daha sıx əlaqələrin qurulması gözlənilir. Bu inkişaflar, hər iki xalqın rifahına və beynəlxalq arenada mövqelərinin güclənməsinə xidmət edəcəkdir".
Anar Əliyev