AZ

Filippo İnzaqi “Piza”nı 34 il sonra A Seriyasına çıxardı

İtalyan mütəxəssis Filippo İnzaqinin çalışdırdığı “Piza” 1991-ci ildən bəri ilk dəfə olaraq, İtalya A Seriyasında çıxış edəcək.

Arena.az xəbər verir ki, “qüllələr”in A Seriyasına yüksəlişi dramatik məcrada baş tutub.

Belə ki, 37-cı turda “Piza” səfərdə “Bari”yə 0:1 hesabı ilə məğlub olub. Amma əsas rəqibi “Spetsiya”nın da səfərdə “Recana”ya məğlubiyyəti (1:2) “Piza”nın İtaliya A Seriyasına birbaşa yüksəlməsini təmin edib. Bu, “Piza”nın A Seriyasında 8-ci işitakı olacaq.

36 oyundan 72 xalla “Piza” İtaliya B Seriyasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və yarışın başa çatmasına iki tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Xatırladaq ki, daha əvvəl “Sassuolo” İtaliya B Seriyasnın cari mövsümünün çempionu adını qazanıb və növbəti mövsümdə A Seriyasında iştirakını təmin edib. “Qarpız qabıqları” cari mövsümdə rəqiblərindən bir baş üstün oyun sərgiləiblər – “Sassuolo” 36 oyunda 82 xalla B Seriyasının yarış cədvəlinə başçılıq edir. Emiliya-Romanya təmsilçisi 12-ci dəfə A Seriyasında gücünü sınayacaq.

Xatırladaq ki, “qarpız qabıqları” ötən mövsüm A Seriyasından aşağı dəstəyə atılmışdılar.

Seçilən
0
arena.az

1Mənbələr