AZ

ABŞ iqtisadiyyatı 0,3% AZALDI

ABŞ-ın 2025-ci ilin birinci rübündə ümumi daxili məhsulu son üç ildə ilk dəfə olaraq 0,3% azalıb.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” ölkənin Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun ilkin hesablamalarına istinadən yazır.

Nəşr qeyd edib ki, bu rəqəm qismən istehlak xərclərinin artımının yavaşlaması ilə izah olunur. Lakin Amerika iqtisadiyyatının real daralmasının əsas səbəblərindən biri idxalın artması idi: yanvar-mart aylarında ABŞ-a mal tədarükləri illik müqayisədə 50,9% artıb. Şirkətlər ABŞ prezidenti Donald Trampın planlarının həyata keçirilməsi ərəfəsində idxal olunan məhsulların alışını aktiv şəkildə artırırlar.

Seçilən
0
publika.az

1Mənbələr