AZ

Türkiyədə CHP sədri Özgür Özələ hücum edildi

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimindən sonra baş verib.

 

Mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib.

 

Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir.

 

Hadisəni törədənin 66 yaşlı Səlcuq adlı kişi olduğu müəyyən edilib. O, saxlanılaraq polis bölməsinə aparılıb.

 

İstanbul Baş Prokurorluğunda hücumla bağlı istintaq başlanılıb. 

Seçilən
0
1
senzor.az

8Mənbələr