AZ

Tramp bir ay ərzində Rusiya ilə bağlı qərar verəcək

BAKI, 5 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı mövqeyinə bir ay ərzində qərar verəcəyini deyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri NBC telekanalına müsahibəsində bildirib.

"Bu barədə sizə bir ay, yaxud iki həftədən sonra məlumat verəcəyəm. Hələ bilmirəm", - Tramp Moskva ilə bağlı strategiyanın formalaşdırılması müddəti haqqında sualı cavablandırarkən deyib.

Jurnalist həmçinin Trampdan Putinin "onu aldadıb-aldatmadığı" barədə soruşub.

"Bəlkə siz də müsahibənin yaxşı olacağını deyib məni aldadırsınız. Mən aldadılmağa alışmışam. Amma bu mənə ABŞ-nin maraqları naminə fəaliyyət göstərməyə mane olmur", - Tramp cavab verib.

Seçilən
0
teleqraf.com

1Mənbələr