AZ

Yenə “Qarabağ”, yenə Kadi - VİDEO

Premyer Liqanın XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.

Sportinfo.az xəbər verir ki, "Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Yassin Benzia (59) və Kadi Borqes (82) fərqlənib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

XXXIII tura bu gün keçiriləcək “Neftçi” - “Kəpəz” matçı ilə yekun vurulacaq.

"Qarabağ" - "Sumqayıt" 2:0

Qollar: Yassin Benzia, 59; Kadi Borqes, 82
“Azersun Arena”, 1500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Marko Yankoviç, 78 (hakimin qərarına etiraz) // Sənan Muradlı, 87 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vaqif Cavadov, 70 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Qarabağ”
99. Mateus Koxalski
13. Bəhlul Mustafazadə
(55. Bədavi Hüseynov, 76)
44. Elvin Cəfərquliyev
(26. Amin Rzayev, 84)
27. Toral Bayramov
90. Nəriman Axundzadə
(22. Musa Qurbanlı, 76)
10. Abdullah Zubir (k)
7. Yassin Benzia
8. Marko Yankoviç
(24. Aleksey İsayev, 84)
9. Kadi Borqes
2. Mateus Silva
15. Leandro Andrade
(21. Aleksey Kaşuk, 76)
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
30. Abbas Hüseynov
29. Marko Veşoviç
81. Kevin Medina
66. Patrik Andrade
19. Redon Cica
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
36. Xəyal Fərzullayev
7. Rövlan Muradov
17. Murad Xaçayev (k)
8. Səbuhi Abdullazadə
(6. Vüqar Mustafayev, 79)
20. Ayxan Süleymanlı
21. Nihad Əhmədzadə
(99. Silvanus Nimeli, 66)
(24. Sənan Muradlı, 84)
95. Miloş Miloviç
12. Giorgi Karaişvili
(11. Momo Yansane, 66)
23. Ronaldo Vaskez
60. Tresor Mossi
(77. Casurbek Caloliddinov, 79)
9. Bobir Abdixolikov
Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
64. Kənan Feyziev
19. Roi Kehat
5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov

Seçilən
0
sportinfo.az

1Mənbələr