AZ

Ərdoğan: "Kipr türkləri Türk dünyasının ayrılmaz hissəsidir"

Kipr türklərinin hüquq və mənafelərinə məhəl qoymamaq cəhdləri güclənən Türkiyə tərəfindən hər zaman pislənəcək.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada keçirilən “TECHNOFEST-2025” festivalında Türkiyə liderini müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Kipr məsələsinin yekun həlli kontekstində Ankara “iki suveren və müstəqil dövlət” prinsipinə sadiqdir.

Onun sözlərinə görə, Türkiyə Kiprin türk və yunan hissələri arasında əlaqələrin qurulmasına, o cümlədən 2025-ci il martın 17-18-də Cenevrədə BMT-nin himayəsi altında Kipr üzrə keçirilən qeyri-rəsmi görüşün qərarları fonunda konstruktiv yanaşır.

“Biz ziddiyyətlərin uzunmüddətli və real həll edilməsini ürəkdən arzu edirik. Artıq bütün tərəflərin Kiprdə iki dövlətin mövcudluğu reallığını və faktını qəbul etmələrinin vaxtı çatıb”, - deyə siyasətçi vurğulayıb və Ankaranın Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yanında olduğunu və bundan sonra da olacağını əmin edib.

Seçilən
0
2
publika.az

6Mənbələr