Rumıniyanın Konstansa şəhərində dəmir yolu vağzalında iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb, 7 nəfər xəstəxanaya yerləşdirilib.
Aznews.az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
"IR 1586 nömrəli sərnişin qatarı yola düşməyə hazırlaşarkən manevr edən IR 1688 nömrəli qatarla toqquşub", - məlumatda deyilir.
Nəqliyyat naziri Sorin Qrindyanu bildirib ki, hadisənin səbəbləri müəyyən edildikdən sonra gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün operativ şəkildə qabaqlayıcı tədbirlər görüləcək.