Nikaraqua hökuməti ölkənin müxalifət qəzeti “La Prensa”nın mətbuat azadlığına görə UNESCO tərəfindən Gilyermo Kano mükafatına layiq görülməsindən sonra bu təşkilatdan çıxmaq qərarını elan edib.
Oxu.Azxəbər verir ki, bu barədə “Ouest-France” məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə “La Prensa”nın rəhbərliyi qismən həbs edilib və ya ölkədən qovulub. Son 4 ildir ki, qəzet yalnız onlayn formatda fəaliyyət göstərir və redaksiya heyəti Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-də yerləşir.