AZ

Putin elə sözlər dedi ki… – “Rusiyanın dağıtmaq istəyirlər, amma…”

“SSRİ dağıldıqdan sonra Rusiyanı tam parçalamaq istədilər”

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin süqutundan sonra Qərb dünyasının Rusiya ilə bağlı planları barədə açıqlama verib. O bildirib ki, keçmiş Sovet İttifaqının dağılmasından sonra “sivil dünya” Rusiyanın zəiflədiyini düşünərək onu tamamilə məhv etməyə çalışıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu fikirləri çıxışı zamanı səsləndirib.

“Sovet İttifaqı – tarixi Rusiyanın bir forması – dağılarkən, Qərbdə qərara gəldilər ki, qalan hissələr də yox edilməlidir. Ən böyük parça Rusiya idi və onu da 4-5 hissəyə bölmək planlaşdırılırdı. Mən isə ölkənin gələcəyi qarşısında məsuliyyət daşıyırdım və bu ssenarinin baş verməməsi üçün dərhal hərəkətə keçdim”, – deyə Putin bildirib.

O əlavə edib ki, 2007-ci ildə etdiyi məşhur Münhen çıxışı da məhz Qərbin Rusiyaya qarşı münasibətinə cavab olaraq formalaşıb: “Biz tərəfdaşları Rusiyanın maraqlarına hörmət etməyə çağırdıq və bu mövqeni qorumağa davam edirik”.

Natiq SƏLİM,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr