Misli Premyer Liqasında XXXIII tura bu gün "Neftçi Arena"da yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, bu stadionda "Neftçi" "Kəpəz"lə qüvvəsini sınayacaq.
Meydan sahiblərinin prestij üçün mübarizə aparacağı bu görüşdə "Kəpəz" qələbə sayəsində Premyer Liqada yerini rəsmən qoruyacaq.
Əgər bu gün "Sumqayıt" "Qarabağ"la matçda xal qazanarsan və "Kəpəz" "Neftçi"ni məğlub edərsə, sonuncu pilləniin sahibi "Səbail"in I Liqaya düşəcəyi dəqiqləşəcək.
Misli Premyer Liqası, XXXIII tur
"Neftçi” – “Kəpəz” 1:1 (ikinci hissə)
Qol: Aleks Fernandes, 25 - Luis Paçu, 50
Neftçi Arena. Saat 20:00
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev