“BMW” şirkəti kolleksiyaçılar üçün kiçik seriyalı avtomobillərin istehsalına başlayacaq.
Avtosfer.az xəbər verir ki, şirkət yeni eksklüziv modelin builki “Villa d'Este” müsabiqəsində debüt edəcəyini təsdiqləyib.
Beləliklə, Komo gölündə məhdud nüsxəli “BMW” avtomobillərinin premyerası ənənəyə çevriləcək: 2024-cü ildə İtaliyada hər birinin qiyməti 500 min dollar olan və 50 nüsxə buraxılacaq “Skytop” modeli nümayiş etdirilib.
Şirkətdən verilən məlumata görə, kiçik seriyalı avtomobillər gələcək yol xəritəsinin bir hissəsi olacaq.
Qeyd edək ki, bu kimi nadir dəyişikliklər bütövlükdə “BMW” brendinə və məhsul portfelinə müsbət təsir göstərir.