Gəncədə gənc qadın özünə xəsarət yetirib.
Hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Ş.Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 4 May 2025, 20:10