AZ

Aparat rəhbəri ilə mətbuat katibinə niyə maaşın 3 qat həcmində pul mükafatı və orden verildi? - Nazir qanunu pozub

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, bir qrup səhiyyə işçisi sözügedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər.

Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil.

Qeyd edək ki, əsasnamənin birinci bəndinə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir.

Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, səhiyyə sahəsində işləmələrinin 10 ili tamam olmayıb. Bu, əsasnamənin birinci bəndinə ziddir.

Məlumata görə, aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dostdurlar. Onlar uzun müddət “Tusi” klinikasında birlikdə çalışıblar. T.Babayevin təltif olunmasında məhz bu amilin böyük rol oynadığı vurğulanır.

MİA.AZ

Seçilən
0
12
mia.az

10Mənbələr