UEFA Çempionlar Liqasının "İnter"ə qarşı yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"nın qapısını Voytsex Şesnı qoruyacaq.
Offsideplus.az xəbər verir ki, bu haqda dünən İspaniya La Liqasında "Real Valyadolid" üzərində səfər qələbəsindən (2:1) sonra kataloniyalıların baş məşqçisi Hansi Flik məlumat verib:
"Çempionlar Liqasında "İnter"lə cavab oyununda qapıda Voytsex Şesnı duracaq. Amma istənilən halda, ter Ştegenin qayıdışına şadam", - deyə alman çalışdırıcı vurğulayıb.
Xatırladaq ki, ter Ştegen zədə səbəbindən 8 ay futbol oynaya bilməyib. Uzun fasilədən sonra dünən yaşıl meydançalara dönən qapıçı matçın 5-ci dəqiqəsində qol buraxıb.
BU DA MARAQLIDIR:
"Yeni Lamin Yamal": "Barselona"da daha bir vunderkind - VİDEO