Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Kökçü Finlandiya çempionatının VI turunda meydana çıxmaq şansı qazanmayıb.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi HİK səfərdə "İnter Turku"nun qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ozanın adı bu görüşün iştirak ərizəsində salınmayıb. Kökçü bu mövsümdə 2 matçda cəmi 11 dəqiqə oynamaq imkanı qazanıb.
Qeyd edək ki, HİK 5 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb. Ozanın komandası növbəti turda "Yaro"nun qonağı olacaq.
“Real” ukraynalı ilə yollarını ayırır
“Barsa” ilə oyun öncəsi “İnter”də ciddi itki
Sabiq "Fənərbaxça"lı 2 il futboldan uzaqlaşdırıldı
Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi
Qvardiola: “Bir müddət fasilə verəcəm”