AZ

Millimizin futbolçusu klubsuz qaldı - RƏSMİ

Azərbaycan milli komandasının futbolçusu Özan Can Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.

Sherg.az Teleqraf-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu az şans qazandığı üçün müqaviləsinə xitam verilməsini istəyib.

O, 2024-cü ilin yayında Niderlandın “Eyndhoven” komandasından transfer edilmişdi.

Qeyd edək ki, Özan Can Kökçü HİK-lə ümumilikdə 26 oyunda iştirak edib, 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Seçilən
0
3
sherg.az

5Mənbələr