İraq Baş nazirinin energetika məsələləri üzrə müavini və Neft naziri Hayan Əbdül-Qani şənbə günü Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
Teleqraf xəbər verir ki, məlumatı İraq Xəbər Agentliyi - İNA yayıb.
İstanbuldakı beynəlxalq sammit çərçivəsindəki görüşdə iki ölkə arasında enerji layihələrinin inkişafı sahəsində əməkdaşlıq perpektivləri müzakirə olunub.
İraqlı nazirin mətbuata bildirdiyinə görə, "iki ölkə arasında tarixi münasibətlərin enerji sahəsində əməkdaşlığın inkişafına zəmin yaratması vurğulanıb”.
Tərəflər OPEC+ düsturu çərçivəsində neft bazarının tənzimlənməsinin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı “Azərbaycan və İraqın energetika nazirlikləri arasında neft-qaz sektorunda əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasının vacibliyi” müzakirə olunub.