Bakı. Trend:
Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən AvropaKubokunun ilk günündə uğurla çıxış ediblər.
Trend-inməlumatına görə, təmsilçilərimiz 3 qızıl, 3 gümüş və 6 bürüncmedala sahib çıxıblar.
Anar Quliyev (50 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram), NuranəHacızadə (48 kiloqram) qızıl, Rəsul Əlizadə (55 kiloqram), FəxriSahibzadə (66 kiloqram), Leyla Ələkbərova (48 kiloqram) gümüş,İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kiloqram), Royal Qayıbov(60 kiloqram), Hüseyn Hüseynov (66 kiloqram), Xədicə Abdullayeva(44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) bürünc medal əldəediblər.
Qeyd edək ki, Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.