"Milan" klubu "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafyori ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" onu İtaliyaya qaytarmaq istəyir.
Bu barədə "MilanLive" məlumat yayıb.
"Milan" 23 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.
Kalafyori ötən ilin yayında "Arsenal"a transfer olunub. O, cari mövsüm 26 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.