AZ

Türkiyə parlamentinə yeni sədr SEÇİLƏCƏK

Ajans.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçkilərinin Qurban bayramı ilə əlaqədar iyunun 3 və ya 4-də keçirilməsi planlaşdırılır.

Qanunvericilik dövründə parlament sədrliyi üçün iki seçki var. Birinci seçilmiş sədrin səlahiyyət müddəti 2 ildir, ikinci seçilmiş sədrin səlahiyyət müddəti isə qanunvericilik dövrünün sonuna qədər davam edir. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun səlahiyyət müddətinin 7 iyunda sona çatmasına 10 gün qalmış 28-ci dövrün ikinci dövr sədr seçkiləri prosesi mayın 28-də başlayacaq. Namizədlər haqda mayın 28-dən etibarən 5 gün ərzində Türkiyə Böyük Millət Məclisinin sədrliyinə məlumat veriləcək. Bu prosesin ardından parlamentdə 5 gün ərzində gizli səsvermə yolu ilə seçki keçirəcək.
Seçilən
0
3
Ajans.az

4Mənbələr