ABŞ prezidenti Donald Tramp NATO ölkələrinə müdafiə xərcləri ilə bağlı ultimatum verib.
Publika.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı məlumat yayıb.
Qeyd olunur ki, Tramp müdafiə xərclərinin artımı olmasa, iyunda baş tutacaq NATO sammitini də buraxa bilər. Bu barədə alyansa ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Uitaker xəbərdarlıq edib. Beləliklə, o vurğulayıb ki, Tramp administrasiyası NATO üzvü olan dövlətlərdən ÜDM-in beş faizini müdafiəyə xərcləməyi tələb edir.
"Əvvəlcə almanlar hesab edirdilər ki, amerikalılar bu beş faizi ciddi nəzərdə tutmurlar, bu, sadəcə danışıqlar taktikasıdır. Amma indi Uitakerin sözünə əməl edirlər", - məqalədə deyilir.