Küveyt ordusunun Baş Qərargahı qadınların hərbi xidmətə könüllü olaraq qoşulmaları üçün qeydiyyat prosesini mayın 4-də açıq elan edir.
KONKRET.az xəbər verir ki, bu məqsədlə Müdafiə Nazirliyinin rəsmi saytında xüsusi link yerləşdirilib.
Qeydiyyat prosesi üç gün davam edəcək.
Könüllü hərbi xidmət proqramı orta məktəb şəhadətnaməsi olanlara şamil edilir. 3 ay davam edəcək proqramı uğurla başa vuranlara münasib rütbələr veriləcək. Təlimlər yalnız səhər saatlarında keçiriləcək və iştirakçılar hərbi düşərgələrdə gecələməyəcəklər.