AZ

AQC: Qaydaları pozan 36 nəfər qurumdan uzaqlaşdırılıb

BAKI, 3 aprel. TELEQRAF

Ötən dövr ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nüfuzuna xələl gətirdiyinə və nizamnamə tələblərini pozduğuna görə 2 şirkət və 14 üzv kollektiv şəkildə qurumdan uzaqlaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 8-ci hesabat-seçki konfransı zamanı Nəzarət Təftiş komissiyasının sədri Tural Bağırov öz çıxışında səsləndirib.

"Eyni zamanda, AQC-nin tərkibində iştirak etməkdən boyun qaçırması səbəbindən isə 22 üzv Cəmiyyətdən xaric edilib"- deyə o əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr