Bakı. Trend:
“Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərəkgetdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobalsülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərbiqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımındançox böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.
O, bildirib ki, bu əlaqələrin inkişafı, ilk növbədə,ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasınahesablanıb.” Bütün bu və bir çox digər önəmli məqamlar Prezidentİlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmışmüsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəmdövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin XalqRespublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimizarasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çoxsahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlərarasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr SiCinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrininqurulması haqqında Birgə Bəyanat”dır. Bu sənəddə bir daha təsdiqolunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik vədostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini vəərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində buməqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bəyan etdiki, Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir.İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararasıəlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatəedir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcəəhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın birçox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə StratejiTərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin iləimzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeydetdi.”
K. Qafarov cənab Prezident İlham Əliyevin Azərbaycan ilə ŞanxayƏməkdaşlıq Təşkilatı arasında əlaqələrin perspektivləri barədəsəsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “CənabPrezident öz müsahibəsində son dərəcə mühüm məsələyə də münasibətbildirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrindaha da gücləndirilməsində maraqlı olduğunu qeyd etdi. Sədr SiCinpin tərəfindən ŞƏT-in Zirvə toplantısına dəvət edildiyini və birneçə aydan sonra yenidən Çinə səfər edəcəyini bildirən dövlətbaşçısı bu təşkilatla daha yaxın münasibətlərin bütün tərəflər üçünfaydalı olacağını düşündüyünü diqqətə çatdırdı. Azərbaycan Xəzərinqərb sahilində yerləşən və eyni zamanda da güclü siyasimünasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqazölkəsidir. Artıq bu faktın özü istənilən bir ölkənin və yabeynəlxalq təşkilatın Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaqdamaraqlı olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycan Çinləstrateji tərəfdaşdır və bu, ölkəmiz üçün Şanxay ƏməkdaşlıqTəşkilatının çətiri altında da əməkdaşlığı inkişaf etdirməkbaxımından əlavə imkanlar açır”.