AZ

Azərbaycan və Keniya arasında siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrin müsbət dinamikası nəzərdən keçirilib (FOTO)

​Bakı. Trend:

2025-ci il mayın 2-də Azərbaycan Respublikasının xarici işlərnazirinin müavini Yalçın Rəfiyev Keniya Respublikasına səfəredib.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu barədə, səfər çərçivəsində, Nayrobi şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi və Keniya RespublikasınınXarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasiməsləhətləşmələr baş tutub. Nazir müavini Yalçın Rəfiyev və Keniyaxarici və diaspora işləri nazirinin müavini Abraham KorirSingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi,iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbətdinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinəzərdən keçirilib.

Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasındanötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişafperspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.

İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi“ASAN Xidmət” modelinin təşviqi, enerji və mədən resursları, kəndtəsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün genişimkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.

​Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatıçərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksəkqiymətləndirilib və genişləndirilməsi imkanları müzakirəedilib.

​Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya RespublikasınınBaş naziri, eyni zamanda xarici və diaspora işləri naziri MusaliaMudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasiməsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcudəməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyivurğulanıb.

​Səfər çərçivəsində Keniyanın gənclər çempionu, “BeynəlxalqGənclər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Şarlin Rutonuntəşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclərarasında görüş təşkil olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
0
16
az.trend.az

10Mənbələr