AZ

Zeedorf: “Qızıl top”a Vinisius layiq idi”

Niderland futbolunun əfsanəsi Klarens Zeedorf bildirib ki, 2024-cü ilin “Qızıl top” mükafatına “Real”ın hücumçusu Vinisius Junior layiq idi.

Arena.az Zeedorfun müvafiq qənaətini təqdim edir:

“Mən hesab edirəm ki, son dəfə mükafata “Vini” layiq idi, mən ona səs verərdim. Buna rəğmən, Rodri də tamamilə layiq idi. O, inanılmaz mövsüm keçirmişdi, amma məncə, “Vini” nəsə müstəsna bir iş görmüşdü.

Buna rəğmən, bütün bunlar ancaq mənim fikrimdir”, deyə Zeedorf vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin “Qızıl top” mükafatı “Mançester Siti”nin 28 yaşlı ispan dayaq yarımmüdafiəçisi Rodriyə verilib.

Yeri gəlmişkən, Tolyatti “Akron”unun 36 yaşlı rusiyalı mərkəz hücumçusu Atyom Dzyuba da Vinisius Juniorun davranışı haqda qənaətini açıqlayıb. Rusiyalı futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Mən Vinisiusu həzm edə bilmirəm, o, məni sadəcə olaraq qıcıqlandırır. O, çox danışır, daima nədənsə şikayətlənir, küləyin əsməsilə addımbaşı yıxılır, ədəbsizlik edir. O, çox məhdud oyunçudur, mən isə onun tərəfinə yönəlmiş bu ictimai makinəni anlamıram”, deyə Dzyuba vurğulayıb.

Seçilən
0
arena.az

1Mənbələr