AZ

Məzahir Pənahovun oğlu ilə bağlı hansı qərar veriləcək? - Rəsmi açıqlamalar ard-arda verildi

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini ilə bağlı rezonans doğuran yazıya rəsmi reaksiyalar gəlməkdədir.

Mia.az xəbər verir ki, MSK sədrinin gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib.

Azərbaycan Daxili İşlər Nazirliyininin sözçüsü Elşad Hacıyevin sözlərinə görə, bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova haqqin.az-a açıqlamasında bildirib ki, 38 yaşlı H.Pənahova birliyin sığınacağına yerləşdirilə bilər: “Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edəcək”.

Seçilən
0
8
mia.az

10Mənbələr