AZ

“Əl-Hilal” baş məşqçisini göndərdi

BAKI, 3 may. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçi Xorxe Jesusla yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Jesusun köməkçisi Məhəmməd Əl-Şalhub klubun müvəqqəti baş məşqçisi təyin edilib.

Qeyd edək ki, “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında 29 matçda 62 xalla lider "Əl-İttihad"dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr