AZ

Tanınmış idman aparıcısının anası vəfat etdi - VİDEO

Tanınmış idman aparıcısının anası vəfat etdi - VİDEOMəşhur idman jurnalisti Ertem Şenerin anası Meltem Şener dünən dünyasını dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Meltem Şener bu gün İstanbulun Zincirlikuyu məscidində qılınan vida namazından sonra son mənzilə yola salınıb.

Anasının itkisi ilə sarsılan Ertem Şener vida mərasimində göz yaşlarını saxlaya bilməyib.

Duyğulu anların yaşandığı vida mərasimində idman camiəsindən olan dostları da onu yalnız qoymayıb. Yılmaz Vural, Ahmet Çakar və Sinan Engin də mərasimə qatılan tanınmış simalar arasında olub.

Seçilən
0
sonxeber.az

1Mənbələr