"Turan Tovuz" Misli premyer-liqasının 33-cü turunda "Zirə"nin meydanından məğlub ayrıldı - 0:1.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Zirə"nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etmişdik, ancaq işə yaramadı.
- "Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, nəyə ümid edə bilər?
- Gəlin əvvəlcə harasa getmək barədə düşünək. Təbii ki, belə oyunla nəyəsə ümid etmək çətindi. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı.
- Həm "Zirə", həm də "Araz-Naxçıvan" sizinlə matçlarda azlıqda qaldı. Niyə bundan faydalanmağı bacarmırsız? Rəqiblərinizin qırmızı vərəqə alması komandanın əleyhinə işləyir...
- Bu xokkey deyil ki, 100 faiz yoxluq özünü göstərsin. Doğrudu, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. "Zirə" ağıllı müdafiə olundu. Praktiki olaraq, bizim şansımız yox idi.
- "Traktor" tarixində ilk dəfə İran çempionu oldu. Onlar haqda nə düşünürsüz?
- "Traktor"un rəqibinin də nəticəsindən çox şey asılı olduğunu bilirdim. Çempion olduqlarını indi eşidirəm. "Traktor"u təbrik edirəm. Məhəmməd Reza Zonusini də təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu baş verdi. Mütləq onu təbrik edəcəm.
- Avrokuboklara yollanmaqdan ötrü, "Qarabağ"a kubokun finalında azarkeşlik etməkdən başqa çarə görürsüz?
- Sözsüz ki, belə olacaq. Amma "Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta