Türkiyə Ordusu İraqda terrorçulara qarşı əməliyyatları davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi X hesabında məlumat yayılıb.
Məlumata görə, yararsız hala salınan mağarada terrorçulara məxsus çoxlu sayda silah, sursat və yaşayış materialları ələ keçirilib.
Qeyd olunub ki, axtarış tədbirləri nəticəsində mağarada 10 tapança və 20 daraq, bir ədəd səs ötürücü, 75 ədəd silaha quraşdırılmış durbin, 21 ədəd əl durbini, 6 ədəd "Dragunov" snayper tüfəngi və s. növ silah-sursatlar maddi dəlil olaraq götürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta