Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Antalyaspor” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. Antalya təmsilçisi bu rəqibini bir cavabsız qolla məğlub etməyi bacarıb.
34-cü turun qalan görüşləri mayın 3-də, 4-də və 5-də keçiriləcək.
Türkiyə, Super Liqa
34-cü tur
2 may
Antalyaspor – Konyaspor 1:0
Qol: R.Safuri, 62.
3 may
17:00. Alanyaspor – Kayserispor
17:00. Rizəspor – Qaziantep
20:00. Qalatasaray – Sivasspor
20:00. Hatayspor – Başakşəhər
4 may
17:00. Samsunspor – Eyüpspor
20:00. Adana Dəmirspor – Göztəpə
20:00. Fənərbağça – Beşiktaş
5 may
21:00. Kasımpaşa – Trabzonspor