Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunun açılış oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, "Zirə" "Turan Tovuz"la qarşılaşıb.
Oyun Rəşad Sadıqovun komandasının qələbəsi ilə başa çatıb - 1:0.
Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb və turnir cədvəlində 2-ci yeri təmin edib. Tovuz təmsilçisi isə 49 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXII tura mayın 4-də yekun vurulacaq.
Telegram kanalımız