Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən “Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda seminar keçirilib. 

Offsideplus.az xəbər verir ki, güləşçilər üçün təşkil edilən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb. Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.

Videonu təqdim edirik: