AZ

ABŞ neft istehsalçıları iqtisadi qeyri-müəyyənliyyə qarşı hazırlaşır

BAKI, 2 may. TELEQRAF

ABŞ-nin ən iri neft şirkətləri olan "Chevron" və "ExxonMobil" rüblük hesabatlarında ABŞ ilə Çin arasındakı tarif müharibəsi səbəbindən hazırkı iqtisadi qeyri-müəyyənliyin yaxın gələcəkdə davam edəcəyini açıqlayıblar.

Teleqraf xəbər verir ki,bu gün qəzetlərin başlıqlarında iqtisadi proqnozlara təsir edən və bazarda dəyişkənliyə səbəb olan tariflərlə bağlı qeyri-müəyyənlik üstünlük təşkil edir.

Bu iqtisadi qeyri-müəyyənlik OPEC tərəfindən təklifin potensial artımı ilə bağlı təhdidlərlə birlikdə qiymətlərə və marjaya təzyiq göstərir. Bizim üçün bu, maneə deyil, əksinə, biznesimizi bazar dövrlərinə baxmayaraq uğurla inkişaf etdirmək üçün çevik şəkildə qurduğumuzu xatırladan bir göstəricidir. Bu çeviklik bizi əvvəlkindən də güclü edir”, – deyə "ExxonMobil"in vitse-prezidenti Cim Çapman şirkətin hesabat materiallarında bildirib.

"Chevron"nun rəhbəri Mayk Vört qeyd edib ki, son vaxtlar baş verən makroiqtisadi qeyri-müəyyənlik kapital xərclərinin həcminə nəzarətin nə qədər vacib olduğunu bir daha göstərdi. Şirkət bu xərcləri 2025-ci ildə 2 milyard dollar azaldıb.

“"Chevron" qeyri-müəyyənlik və xammal dövrləri şəraitində idarəetmə sahəsində sübut olunmuş təcrübəyə malikdir və uzunmüddətli maliyyə prioritetlərinə əsaslanaraq istənilən şəraitdə uğur qazana bilərik”, – deyə Mayk Vört deyib.

"ExxonMobil"in vitse-prezidenti Çapman isə qeyd edib ki, mart və apreldə bazarlarda hiss olunan iqtisadi qeyri-müəyyənlik davam edəcək:

"Buna baxmayaraq, nəticələrimiz göstərir ki, biz biznesimizi istənilən bazar şəraitində uğurla fəaliyyət göstərə biləcək şəkildə qurmuşuq".

Seçilən
0
teleqraf.com

1Mənbələr