AZ

"WhatsApp"da ilk yaşandı  

2025-ci ilin aprelində "WhatsApp" tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu göstərici ilə mesencer tarixdə üç milyard istifadəçi həddini keçən bir neçə tətbiqdən biri olub.


Manset.az Lent.az-a istinadla xəbər verir ki, "WhatsApp" hazırda aktiv istifadəçilərin sayına görə "Facebook"la eyni sırada qərarlaşıb.

Xatırladaq ki, "WhatsApp" 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə "Facebook" tərəfindən 19 milyard dollara satın alınıb.

10 il ərzində servisin auditoriyası 15 dəfə artıb. Satın alındıqdan sonra istifadəçilərin sayı 200 milyondan üç milyarda yüksəlib.

Seçilən
0
9
manset.az

10Mənbələr