AZ

TDT-nin Şimali Kiprlə bağlı mənfi mövqeyi... - Yıldırım

Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur.
BUTA.TVAPA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Kiprdə TDT-nin Ağsaqqallar Şurasının iclasında çıxışı zamanı Şuranın sədri Binəli Yıldırım bildirib. O qeyd edib ki, mətbuatda yayımlanan bəzi xəbərlər türk dövlətlərinin bir-birinə qarşı hörmət və sevgisini azaltmağa yönəlib və bu xəbərlərə ən gözəl cavab isə TDT-nin Ağsaqqallar Şurasının iclasının Şimali Kiprdə keçirilməsidir.

“TDT-nin Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur. Şimali Kiprin müşahidəçi statusu malik ölkə olaraq münasibətlərimizi inkişaf etdirəcəyik. Qeyri məsələlər bizim gündəmimizə daxil deyil. Biz dünənə görə daha da güclüyük”, - B.Yıldırım vurğulayıb.

Seçilən
0
5
buta.tv

6Mənbələr