AZ

ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər (FOTO)

Bakı. Trend:

2025-ci ilin mart və aprel aylarında ABŞ-ın Azərbaycandakısəfirliyinin ticarət-iqtisadi məsələlər üzrə məsul əməkdaşlarındanibarət nümayəndə heyəti “Baku Steel Company” QSC-nin (bundan sonra– BSC) istehsalat sahələrinə bir sıra işgüzar səfərlər etmişdir.Səfər proqramı çərçivəsində nümayəndələr Bakıda yerləşənpoladəritmə zavodu, eləcə də Sumqayıt şəhərindəki boruyayma(Azerboru) və ferroərintilər (AzFerAl) istehsalat sahələri ilətanış olmuşlar.

Səfərin əsas məqsədi şirkətin istehsalat potensialı, istifadəolunan xammal, texnoloji proseslər və məhsul çeşidləri ilə ətraflıtanışlıq, həmçinin BSC məhsullarının ABŞ-a ixrac imkanlarınınmüzakirəsi olmuşdur.

Tərəflər beynəlxalq keyfiyyət standartlarına uyğunluq məsələsinəxüsusi diqqət ayırmışlar. BSC Amerika Neft İnstitutu (API)tərəfindən keçirilmiş auditi uğurla keçərək, neft və qaz sənayesiüçün məhsul istehsalçıları üzrə ən nüfuzlu standartlardan birisayılan API Spec Q1 sertifikatını əldə etmişdir. Bununla yanaşı,şirkət API 5CT və API 5L spesifikasiyaları üzrə monoqramlara dalayiq görülmüşdür. Həmin monoqramlar istehsal olunan məhsullarınyüksək keyfiyyətə, təhlükəsizliyə və ABŞ bazarının texnikitələblərinə tam uyğunluğunu təsdiqləyir.

BSC-nin Kommersiya direktoru Vüsal Ruzmanov səfərin nəticələrinibelə şərh edib:

“Azerboru və AzFerAl sahələrində istehsal olunanməhsullar xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir. APImonoqramlarının əldə olunması ABŞ bazarına çıxış imkanlarımızıgenişləndirib. Hazırda mövcud olan əlverişli gömrük rejimi dənəzərə alınaraq, bu istiqamətdə fəaliyyətimizi daha daintensivləşdirməyi planlaşdırırıq”.

ABŞ səfirliyi səfərlə bağlı rəsmi açıqlamasında bildirib:

“ABŞ-ın Bakıdakı Səfirliyinin İqtisadi komandasıSumqayıtda yerləşən Baku Steel Company boru istehsalı müəssisəsiniziyarət edib. Burada ABŞ-ın neft və qaz sənayesində istifadə üçüntikişsiz borular istehsal olunur və ixrac edilir. Komanda, həmçininABŞ polad istehsalçılarına materiallar tədarük edən ferroərintilərzavodu ilə də tanış olub. ABŞ qarşılıqlı rifah naminə iqtisadiinkişafın təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığınıgenişləndirməyi səbirsizliklə gözləyir”.

Şirkət haqqında

“Baku Steel Company” Cənubi Qafqazın ən böyük metallurgiyamüəssisəsidir və tam istehsalat dövrünə malikdir. Şirkət yüksəkkeyfiyyətli armaturlar, katankalar (polad məftil), kvadrat vədairəvi pəstahlar, eləcə də tikişsiz borular istehsal edir.Ferroərintilər zavodunda müxtəlif faiz göstəricilərinə malik(FeSi65%, FeSi70%, FeSi75%) və müxtəlif fraksiyalarda (10–50 mm,10–100 mm və s.) ferrosilisium istehsal olunur. BSC məhsulları həmyerli bazarda böyük tələbatla qarşılanır, həm də Avropa, Afrika,Asiya və Amerika qitələri üzrə 20-dən çox ölkəyə ixrac olunur.

Seçilən
0
9
az.trend.az

10Mənbələr