AZ

Azərbaycan və FAO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, “Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi və digər yeni texniki əməkdaşlıq layihələrini başlatmaq imkanlarını, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seçilən
0
1
vergiler.az

2Mənbələr