AZ

Azərbaycanın daha bir paraüzgüçüsü Fransadakı turnirdə final vəsiqə əldə edib

Azərbaycanın daha bir təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala vəsiqə qazanıb.

Bu barədə "Report"a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Könül Süleymanova (S4 kateqoriyası) yarışda birbaşa 50 metr arxasıüstə üsulda finalda çıxış edəcək.

Qeyd edək ki, daha əvvəl Əli Vəliyev həlledici raundda iştirak hüququ əldə edib.

Seçilən
0
2
report.az

4Mənbələr