Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa İsrailin paytaxt Dəməşq şəhərindəki Prezident sarayına zərbəsinin münaqişənin alovlanması üçün təhlükəli olduğunu bəyan edib.
Cümə gününə keçən gecə İsrail ordusu Suriyanın paytaxtındakı prezident sarayına aviazərbələr endirib. Bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin ofisinin bəyanatında məlumat verilib. Bəyanatda deyilir: "Suriya Ərəb Respublikasının Prezidenti İsrailin işğalçı qüvvələrinin dünən prezident sarayını bombalamasını qətiyyətlə pisləyir, bunu münaqişə təhlükəsi hesab edir".
Hürr Tərcüman