AZ

Bu ilin ilk rübündə ölkədən 43,3 milyon dollarlıq meşə fındığı ixrac edilib

Bu ilin yanvar-mart aylarında ölkədən 43,3 milyon ABŞ dolları dəyərində 6,4 min tona yaxın meşə fındığı ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 34,4 faiz və ya 11 milyon dollar, həcm baxımından isə 20,2 faiz və ya 1 min ton çoxdur.

Qeyd edək ki, 2025-cü ilin ilk rübündə meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,68 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,61 faizə bərabər olub.

Seçilən
0
vergiler.az

1Mənbələr