AZ

Malta sahillərində bu gəmi vuruldu – BATIR

Koalisiyanın Qəzza xalqı üçün humanitar yardım daşıyan “Freedom Flotilla” gəmisi Malta sahillərində pilotsuz təyyarənin hücumundan sonra batmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Gəminin göyərtəsində müxtəlif ölkələrdən olan 30 nəfərin olduğu bildirilir.

Donanmanın mətbuat attaşesi Yasemin Acar telekanala açıqlamasında “Gəmidə indi dəlik var, gəmi batır" deyib.

Cənubi Kiprdən xilasetmə gəmisi SOS siqnalları aldıqdan sonra hadisə yerinə göndərilib.

Seçilən
0
publika.az

1Mənbələr