AZ

İngilis müdafiəçi "Bavariya"dan ayrılır

İngilis müdafiəçi Erik Dayer "Bavariya"nı tərk edəcək.

"Bavariya"nın idman direktoru Kristof Freund müdafiəçi Erik Dayerin gələcəyi haqda danışıb.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano Freunddan sitat gətirib.

"Erik bizə müqaviləni yeniləməyəcəyini və bizi tərk edəcəyini bildirdi. Onun agentləri ilə yaxşı danışıqlarımız oldu. Lakin onun qərarına hörmətlə yanaşırıq", - deyə Freund bildirib.

Daha əvvəl 31 yaşlı ingilisin karyerasını “Monako”da davam etdirəcəyi bildirilirdi.

Dayer 2024-cü ilin yayından "Bavariya"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Seçilən
0
operativmedia.az

1Mənbələr