AZ

33 yaşlı kişi faciəvi şəkildə öldü

Bakı sakini olan 33 yaşlı kişi bədbəxt hadisə zamanı ölüb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə hadisə mayın 1-də, saat 10 radələrində Xətai rayonu 6-cı Dairəvi küçəsində yerləşən mənzildə qeydə alınıb.

1992-ci il təvəllüdlü Nicat Muxtarlı yaşadığı evin hamam otağında sərxoş vəziyyətdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
0
4
metbuat.az

5Mənbələr