“Airbus Helicopters” şirkəti tərəfindən istehsal olunan ilk iki ədəd H225M “Caracal” hərbi nəqliyyat helikopteri İraq Müdafiə Nazirliyinə çatdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Airbus Helicopters” şirkəti məlumat yayıb.
Məlumatda bu helikopterlərin tezliklə İraq Ordusunun Aviasiya bölmələri tərəfindən geniş spektrli missiyalar, personalların daşınması, xüsusi əməliyyatlar və digər tapşırıqlarda istifadə ediləcəyi bildirilib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında İraq Müdafiə Nazirliyi və “Airbus Helicopters” arasında 12 ədəd H225M helikopterinin tədarükü ilə bağlı müqavilə imzalanıb.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */