AZ

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər edəcək.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5-12 may tarixləri arasında o, Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusa dövlət səfərləri edəcək.

Azərbaycana səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək.

Bu, To Lamın 2024-cü ilin avqustda vəzifəyə başlamasından sonra ilk xarici səfəri olacaq.

Seçilən
0
2
olke.az

7Mənbələr