AZ

"Media sahəsində fəaliyyət zamanı milli-mənəvi dəyərlər nəzərə alınmalıdır"

Hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Media, eyni zamanda effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.

Demokrat.az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.

O bildirib ki, müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.

“Prezident İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirib. Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Qanunun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir”, - deyə ombudsman bildirib.

Seçilən
0
2
demokrat.az

3Mənbələr